Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili fermerlər 8494,9 ton şəkər çuğunduru istehsal ediblər

09 yanvar 2022 | 11:00

Ötən il 329,9 hektar sahədə şəkər çuğunduru becərən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri 8494,9 ton məhsul əldə ediblər.

Rayon statistika idarəsindən bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 257,49 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Keçidlər