Şriftin ölçüsü :

Saytın rəngi :

Qazinin doğum günü qeyd olunub

05 yanvar 2022 | 11:00

5 yanvar 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətində  Qaravəlli kənd sakini Vətən müharibəsi qazisi Niyaz Bayramlının doğum günü qeyd olunub.

Doğum  günü ilə əlaqədar keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi qazisini  20 yaşının tamam olması münasibətilə təbrik edib, ona şəxsi həyatında və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonra qaziyə hədiyyə təqdim edilib.  Niyaz Bayramlı göstərilən yüksək diqqət və qayğıya görə dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Qeyd edək ki, 20 yaşı tamam olan qazi 2020-ci ilin yanvarın 8-də hərbi xidmətə çağrılıb. O, Vətən müharibəsi başlananda Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində gedən qanlı savaşlarda igidliklə vuruşub.  Niyaz həmin  döyüşlərin  birində ağır yaralanıb. Onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Niyaz Bayramlı “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Qazimiz ordu sıralarından tərxis edildikdən sonra müalicə olunaraq, normal həyata qayıdıb. Hazırda o, Ağcabədi Rayon İcra Hakimiyyətində Baş mütəxəssis vəzifəsində çalışır.

İgid həmyerlimiz rayonumuzda və respublikada keçirilən bir sıra mühüm tədbirlərdə fəal iştirak edir. O, yaxınlarda Atatürk Universitetinin  idarəetmə fakültəsinə daxil olub, eyni zamanda biatlon idman növü üzrə respublika Parolimpiya Yığma Komandasına üzv seçilib.

 

Keçidlər