Ağcabədi rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
16 oktyabr 2014-cü il tarixdə saat 11:00 –da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 8- də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2014- cü ilin doqquz ayında sosial – iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
Yığıncağa rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları,uşaq bağçalarının müdirləri və sahibkarlar dəvət olunmuşdur.
Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 08 oktyabr 2014- cü il tarixdə doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar iclası keçirilmişdir.
Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki,əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
Daha sonra rayon rəhbəri vurğulamışdır ki, Dövlət Proqramında nəzərdə tutulan pambıqçılıq, taxılçılıq və heyvandarlıq məhsulları istehsalının və kiçik emal müəssisələrinin inkişafının dəstəklənməsi tədbiri ilə əlaqədar taxılçılıq və heyvandarlıq məhsulları istehsalı artmış, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə rayonun Rəncbərlər kənd ərazisində 5000 tonluq soyuducu anbarının tikintisində, şəhərin S.Vurğun küçəsi ərazisində “Cahidoglu”MMC tərəfindən başlanmış müasir çörək zavodunun tikintisində və FHN-nin Ağcabədi Yanğından Mühafizə Bölməsi üçün inzibati binanın tikintisində son tamamlanma işləri aparılır.
Rayonda son 9 ayda aparılan işləri məruzə edən Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 08 oktyabr 2014- cü il tarixdə doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik və üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib , qələbəyə nail olacayıq.
Yığıncaqda daha sonra görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Ağcabədi rayon Maliyyə İdarəsinin rəisi Xosrov Nəsirov, rayon Yaşıllaşdırma idarəsinin müdiri Asəf Quliyev və rayon Gənclər və İdman idarəsinin rəisi Rüfət Quliyev çıxış edərək qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.
Hesabat yığıncağında 350 nəfər iştirak etmişdir .