Ağcabədi pambıqçıları bu günədək 33 min 423,814 ton məhsul tədarük ediblər
Bu il rayonda 11 min hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4760 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4330 hektarı “Azərpambıq” MMC, 1920 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında aparılıb. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar.
Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.