Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi idmançıları 2021-ci ildə 65 ədəd medal və diploma layiq görülüb

03 yanvar 2022 | 11:00

Rayon gənclər və idman idarəsindən bildirilib ki, Ağcabədi rayonunda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, kyokuşin-kay karate, muay-tay, tayboks, uşusanda, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 180-dən çox idman qurğusundan, 40-dan artıq stadiondan istifadə edirlər.

Pandemiyanın digər sahələr kimi idmanda da yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə rayon idmançıları Avropa çempionatı və birinciliyi, Avrasiya çempionatı, respublika və zona yarışlarında ümumilikdə 65 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 31 ədədi birinci, 15 ədədi ikinci, 19 ədədi üçüncü yerdir. Medalların 3-ü Avropa çempionatı və birinciliyində, 1-i Avrasiya çempionatında, 20-si Azərbaycan çempionatında, 41-i isə ölkə daxili müxtəlif turnirlərdə və zona birinciliklərində qazanılıb. Rayon idmançılarından taekvondo idman növü üzrə Estoniya Respublikasının Tallin şəhərində keçirilən Avropa birinciliyində Çingiz Həsənov birinci, Vasif Səlimov ikinci, Minayə Əkbərova isə Bolqarıstan Respublikasının Sofiya şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yerə layiq görülüb. Alpaqut idman növü üzrə Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş Avrasiya çempionatında Puri Elsəvər bütün rəqiblərinə qalib gələrək Avrasiya çempionu olub. Son dövrlərdə Ağcabədi idmançılarının uğurlu nəticələr əldə etməsi rayonda idmanın inkişafının bariz nümunəsidir.

Keçidlər