Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub

30 dekabr 2021 | 11:00

“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Reabilitasiya Mərkəzi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edib.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadənin, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimlinin və kollecin müəllimlərinin də iştirak etdiyi tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Tədbir bayram süfrəsi və uşaqların rəqsləri ilə davam edib. Şaxta babanın gəlişi uşaqların sevincinə sevinc qatıb.

Tədbirin sonunda uşaqlara Yeni il hədiyyələri təqdim edilib.

 

 

Keçidlər