Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon şənliyi keçirilib

30 dekabr 2021 | 11:00

Şəhərin Heydər Əliyev Meydanında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş şənlik keçirilib. Bayram şənliyində rayon sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri, media mənsubları iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəbinin kollektivi əyləncəli konsert proqramı ilə çıxış edib. Konsert zamanı təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər və səhnəciklər uşaqların böyük marağına səbəb olub. Meydanda bəzədilmiş şam ağacının ətrafında rəqs edərək, dairə vuran Şaxta baba və Qarqız şənlik iştirakçıları tərəfindən sevinc hissi ilə qarşılanıb.

 

Keçidlər