Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin anım günü keçirilib

19 dekabr 2021 | 11:00

Dekabrın 19-da Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə yüksələn Anar Cəfərovun anım tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti, SHXÇDX-nin məsulişçiləri, şəhid ailələrinin üzvləri, ziyalılar, ağsaqqallar, media mənsubları iştirak etmişlər.

Anım günündə Anar Cəfərovun adını daşıyan küçədəonun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunmuşbulaq kompleksinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, şəhid Anar Cəfərov Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə igidliklər göstərərək, düşmənə ağır zərbələr vurub. Həmin qanlı döyüşlərin birində o, qəhrəmancasına həlak olub, şəhidlik məqamına qovuşub.

​Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeniilə təltif olunub.

Keçidlər