İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ödənişsiz müayinə aksiyası təşkil edilmişdir.
GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Bakı şəhərindən dəvət edilmiş həkim-stomatoloq Şövkət Məmmədova və Elnurə Əsgərova tərəfindən ödənişsiz ağız boşluğu xəstəliklərinin müayinəsi aksiyası həyata keçirilmişdir.
Aksiya çərçivəsində GTM - Gənclər üçün Təhsil Mərkəzi tərəfindən, Avropa İttifaqının maliyyə yardımı, Unicef Azərbaycan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzindən bəhrələnən 14 inkişaf geriliyi və əlilliyi olan uşaq müayinə edilmişdir. Eyni zamanda uşaqlara dişlərə qulluq üçün təmizləyici vasitələr də hədiyyə edilmişdir.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızının bildirdiyinə əsasən bu cür aksiyaların davamlı həyata keçirilməsi nəzərdə tutulur.