Ağcabədidə hərbi hissədə görüş keçirilmişdir.
15 oktyabr 2014-cü il tarixdə müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində YAP Ağcabədi rayon təşkilatı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Qarabağ Ədəbi Məclisi ” ilə birlikdə N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirmişdir.
Görüşü giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov açmışdır.O, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respubilkasının Dövlət Müstəqilliyinin bərpa edilməsi haqqında Konstitutsiya Aktının qəbul edilməsi barədə məlumat vermiş və bu əlamətdar gün münasibəti ilə əsgər və zabitlərimizi təbrik etmişdir.
Daha sonra şairlərə söz verilmişdir. Şairlərdən Avşar Eyvaz, Xəzangül Qədimli , Seyid Həmid , Rasim Səmədoğlu , Vəli Qurbanoğlu ,Pəri Arazbarlı , Eynulla Sadıq , Zahid Eloğlu , Mübariz Məmişoğlu ,Könül Aydın, Hüseyn Ağayev(Muğanlı) Qarabağ nisgilinə, Ulu öndərimizə, Vətən torpağının gözəlliyinə və əbədi mövzu olan məhəbbətə aid şeirlərini oxumuşdular.
El ağsaqqalı ,YAP veterani Süleyman Qasımov əsgərlərimizi salammış və onlara hərbi borclarini ləyaqətlə yerinə yetirmələri üçün xeyi-dua vermişdir.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Naibə Mustafayeva və qadınlar şurasının üzvü Nərminə Əkbərova hərbiçilərə vətən torpağının və səmasının təhlükəsızliyinin keşiyində ayiq-sayıq durduqları üçün onlara minnətdarlığını bildirmiş , cansağlığı və uğurlar arzulamışdılar .
YAP Ağcabədi rayon təşkilatında baş təlimatçı işləyən 1-ci qrup Qarabağ əlılı, “Tərəqqi” medallı Ramil Nağiyev hərbiçiləri salamlamış və bildirmişdir ki, Ali Baş Komandan torpaqlarımızın azad edilməsi üçün hücum əmri versə mən də sizinlə birlikdə döyüşə gedəcəyəm.
Azərbaycan Vətən Müharıbəsi Veteranları Birliyinin Ağcabədi şöbəsinin sədri, keçmiş batalyon komandiri Ələsgər Allahverənov əsgərlərimizi salamlamış və Qarabağ uğrunda gedən döyüşlər barədə xatirələrini danışmış və tövsiyyələrini vermişdir.
Gənclər üçün təhsil mərkəzi təşkilatının nümayəndəsi Sevinc Quluyeva
əsgərlərimizi salamlamış və onun rəhbərlıyi ilə hazırlanmış “Gənc Şahinlər” öz “döyüş” qabılıyyətlərini göstərmişdilər.
Şairlərin və başqa natiqlərin çıxışları hərbiçilər tərəfindən alqışlarla qarşılanmışdır.
N saylı hərbi hissənin rəhbərliyi adından, hərbi hissənin komandir müavini hərbiçilərimizin əhval –ruhiyəsini qaldıran belə bir görüşü təşkil etdiyinə görə YAP Ağcabədi rayon təşkilatına və “Qarabağ Ədəbi Məclisi” nin üzvlərinə və bütün iştirakçılara təşəkkürünü bildirmişdir.