Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi taxılçıları indiyədək 28 min 694 hektar sahədə səpin aparıblar.

14 dekabr 2021 | 11:00

Bu günədək 30 min hektar sahədən çox payızlıq şum qaldırılıb, 28 min 694 hektarda taxıl, o cümlədən 19 min 551 hektarda buğda, 9143 hektarda arpa səpilib. Rayonda taxıl səpini yekunlaşmaq üzrədir. Gələn ilin məhsulu üçün 29 min hektarda taxıl səpini nəzərdə tutulur.

Qeyd edək ki, Ağcabədi taxılçıları bu il 26 min 879,6 hektar taxıl sahəsindən 105 min 556 ton məhsul götürüblər. Məhsulun 88 min 968 tonu buğda, 16 min 588 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 39,26 sentnerdir.

Keçidlər