Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Şahmat üzrə rayon turniri keçirilmişdir.

13 dekabr 2021 | 11:00

09 -12 dekabr 2021-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş Şahmat üzrə böyüklər arasında rayon turniri keçirilmişdir.

Turnirin yekunda Vüsal Məmmədli I yerə, Rüfət Quliyev II yerə, Zaur Quliyev isə III yerə layiq görülmüşdür. Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən I,II,III yerləri tutmuş şahmatçılara diplomlar təqdim olunmuşdur.

Keçidlər