Şriftin ölçüsü :

Saytın rəngi :

“Səyyar kitabxana” Ağcabədidə

13 dekabr 2021 | 11:00

Əziz gənclər və kitabsevərlər.!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar kitabxana” Ağcabədi rayonundadır.

10-19 dekabr 2021-ci il tarixlərini əhatə edən “Səyyar Kitabxana”da 3000 kitab və 5000 elektron nəşr var. Kitablar azərbaycan, türk, rus və ingilis dillərindədir.

“Səyyar kitabxana” Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında, Heydər Əliyev Meydanında 09:00-dan 18:00-dək xidmət göstərir. Burada siz bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar əldə edə bilərsiniz. Bunun üçün hər bir şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi kitabı əldə edə bilər.

Qeyd edək ki, layihənin məqsədi kitabları fərqli məkanlarda və fərqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan kitabları daha asan yolla təmənnasız əldə edib yararlanma imkanı yaratmaq, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.

Hər birinizi “Səyyar Kitabxana”ya dəvət edirik

 

Keçidlər