Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

12 dekabr 2021 | 11:00

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatından 18 il keçir. Ölkəmizin hər yerində olduğu kimi Ağcabədidə də dahi liderin xatirəsi yad edilir, silslə tədbirlər keçirilir, onun xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. 

   Dekabrın 12-də Ağcabədidə Anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,müəssisə və təşkilatların nümayəndələri,rayon sakinləri Ümummilli Liderin adını daşıyan meydanda onun abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Keçidlər