Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayonunda qanvermə aksiyası keçirilib.

09 dekabr 2021 | 11:00

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda qanvermə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayıblar. Onlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.

Keçidlər