Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar Gənc Heydərçilər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

07 dekabr 2021 | 11:00

07 dekabr 2021-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin Anım günü ilə əlaqədar keçirilən müsabiqə qaliblərinin iştirakı ilə baş tutan tədbir Ümummilli Liderin əziz xatirəsinin 1 dəqiqəlik yad edilməsi ilə başlanıb.

Daha sonra tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi, direktor səlahiyyətlərini müvəqqəti icra edən Təhminə Seyidova Gənc Heydərçilərə Azərbaycan xalqının qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən ətraflı söz açaraq bildirdi ki, bu günki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridi.

Müsabiqənin nəticəsinə görə Ağcabədi şəhər Ş.Hüseyinov 2 saylı tam orta məktəbinin Uğur komandası I yer, Ə.Əliyev adına şəhər 12 saylı tam orta məktəbinin VI Hiss komandası II yer, M.F.Axundov adına 3 saylı məktəb-liseyin Xarıbülbül komandası III yerə layiq görülmüş və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif edilmişdir.

Keçidlər