“Uğurlu gənc ailə modeli” adlı tədbir keçirilmişdir.
08-11 oktyabr 2014-cü il tarixlərində Ağcabədi Yap Qadınlar Şurası və GTM Qarabağ ofisi “Erkən nigah qadın təhsilinin ölümüdür” adlı layihənin yekunu olaraq Şərəfxanlı və Mehrablı kəndlərində “Uğurlu gənc ailə modeli” adlı tədbir keçirmişdir.
Tədbirdə Ağcabədi YAP Qadınlar Şurasının sədri Naibə Mustafayeva,GTM Qarabağ ofisinin rəhbəri,YAP Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı,Ağcabədi rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Nizami Məmmədov,Ağcabədi Tarix Diyarşünaslıq Muzeyinin direktoru,YAP Qadınlar Şurasının üzvü Nərminə Əkbərova,GTM Qarabağ ofisinin əməkdaşı Sevin Quliyeva,Ağcabədi şəhər 8 saylı tam orta məktəbin müəlliməsi,GTM Qarabağ ofisinin əməkdaşı Nüşabə İbrahimova və yerli bələdiyyə,icra nümayəndələri,kənd sakinləri və ziyalılar iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd ailə hüquq sahəsində gəncləri maarifləndirmək, nikah qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək vermək, Nikah müqaviləsinin səmərəliliyi və üstün cəhətləri üzrə əhali arasında geniş maarif və təşviqat kampaniyasını təşkil etməkdir.
Qeyd edək ki, layihə daxilində bu günədək 16 kənd üzrə maarifləndirici görüşlər keçirilmişdir.