Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində məktəblilərlərə görüş keçirilmişdir.

07 dekabr 2021 | 11:00

07 dekabr 2021-ci il tarixdə Əlfi Məmmədov adına Ağcabədi  rayon Salmanbəyli kənd tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Karate – do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, 4-cü İslam Həmrəyliyi Oyunlarında Milli Hakim, Yetirmələri dəfələrlə dünya və avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, Beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblillərin görüşü keçirilmişdir.
    Tədbirin açılış mərasimində Salmanbəyli kənd tam orta məktəbin direktoru Gülbikə Məmmədova rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov, edərək “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu vurğulamışdırlar.
     Sonra Eldəniz Qənbərov həyat və fəaliyyəti eləcədə idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, məktəbliləri maraqlandıran sualları cavablandırmış və şagirdlərlə xatirə şəkilləri çəkdirmişdir.

Keçidlər