Şriftin ölçüsü :

Saytın rəngi :

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə şəhid və qazi ailələri ziyarət olunur.

06 dekabr 2021 | 11:00

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi tərəfindən 5 dekabr Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılıb Vətən torpağının hər qarışı uğrunda döyüşən şəhid və qazilərimizin timsalında bütün könüllüləri təbrik edib. Könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açaraq qeyd edib ki,  BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Könüllülük fəaliyyətinin gənclərin dünyagörüşünün artmasında mühüm rol oynadığını, eləcə də ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıb.

Sonra il ərzində aktiv fəaliyyətinə görə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim edilib.
Tədbirdən sonra  bir qrup könüllü Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan şəhid Həsən Süleymanov, Anar Cəfərov və qazi Cavid Allahverdiyev, Kamran Sadıqovun ailələrini ziyarət edib.

Keçidlər