Ağcabədinin pambıq sahələrindən bu günədək 32594 ton məhsul yığılıb.
Bu il rayonda 11 min hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 4760 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1920 hektarı “P-Agro” MMC, 4330 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib.
Bu gün Ağcabədidə bütün qüvvələr mühüm strateji məhsul olan pambığın itkisiz yığılmasına səfərbər edilib. Bunun nəticəsidir ki, hazırda rayonda 11 min hektardan artıq əkin sahəsindən 32594.292 kiloqram pambıq tədarük edilib.
Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.