Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

29 noyabr 2021 | 11:00

Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron qeydiyyat prosesi 01 dekabr 2021-ci il tarixində başa çatacaq.

 

Müsabiqə 3 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi) ibarətdir. Müsabiqənin ilk – elektron qeydiyyat mərhələsində namizədlər  bit.ly/ag-tiq   linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ağcabədi rayonunda fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi vəzifəsinə işə qəbul müsabiqəsində orta ixtisas və ya ali təhsil müəssisələrini məktəbəqədər təlim-tərbiyə, ibtidai sinif müəllimliyi, ailə və ev təhsili ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək namizədlər Məşğulluq Mərkəzində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyata durmalıdır.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə “məktəbəqədər pedaqogika”, “yaş və uşaq psixologiyası”, “savad təlimi”, “sadə riyazi təsəvvürlərin formalaşdırılması”, “kurikulum” və “ümumi dünyagörüşü” üzrə ümumilikdə 60 sual ünvanlanacaq.

Müsabiqənin test mərhələsinə 04 dekabr 2021-ci il tarixdən başlanılması nəzərdə tutulur.

Keçidlər