Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsən Quliyevin ildönümü doğulduğu Sarvanlar kəndində qeyd edilmişdir.

21 noyabr 2021 | 11:00

Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olan Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar kəndində qeyd edilmişdir.

Şəhidin ildönümü mərasimində yerli icra, bələdiyyə nümayəndələri, kənd sakinləri, şəhid valideynləri, Həsənin döyüş yoldaşları, müəllim və məktəblilər iştirak edirdilər. Şəhidin kənd qəbirstanlığındakı məzarı üstünə tər çiçək dəstələri düzən iştirakçılar onun xatirəsini xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Məktəblilər vətənpərvərlik ruhunda şeirlər söylədilər.

Qeyd edək ki, 11 oktyabr 1996-cı ildə Sarvanlar kəndində dünyaya göz açan Həsən 2003-cü ildə Kürdlər kəndindəki tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2014-cü ildə sözügedən məktəbi bitirib. Elə həmin il ordu sıralarına çağrılıb. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunduqdan sonra MAXE kimi hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən düşmənlə qətiyyətlə vuruşan Həsən Quliyev 3 noyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər