Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhadətə ucalmasından bir il ötdü

22 noyabr 2021 | 11:00

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir.

Mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, onun döyüş yoldaşları, qəsəbə sakinləri, ziyalılar, müəllim və şagirdlər iştirak ediblər. Onlar şəhidin məzarını ziyarət edərək, onun ölməz ruhuna dualar oxudular, keçdiyi qısa və şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşdülər.

1 fevral 2002-ci ildə Hindarx qəsəbəsində ziyalı ailəsində dünyaya gələn Ömər 2008-ci ildə şəhid X. Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib və təhsilini E. İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbində davam etdirərək, 2019-cu ildə sözügedən məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yola düşmüşdür.

Azərbaycan ordusunun əsgəri olan Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən topçu Ömər Rəhimli noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb və noyabrın 22-də şəhid olub. Hindarx qəsəbə qəbristanlığında dəfn edilib.

İgid döyüşçü, qorxmaz topçu Ömər Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər