Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Muğanlı kəndində “Qəhrəmanlar Məkanı” xatirə kompleksi açılmışdır.

20 noyabr 2021 | 11:00

Noyabr ayının 19-da Ağcabədi rayonunun Muğanlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilən “Qəhrəmanlar Məkanı”nın açılışı olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə abidə önünə tər çiçəklər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsindən sonra açıq elan olunan tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, peşəkar ordumuzun cəsurluğu, Azərbaycan xalqının sarsılmaz iradəsi hesabına uzun illərdən bəri həsrətində olduğumuz Qələbə təntənəsini qeyd etdik.
Tədbirdə Ağcabədi rayonundan, eləcə də Ağdam, Tərtər və Beyləqan rayonlardan dəvət edilmiş şəhid ailələrinin üzvləri, qazilər də iştirak və çıxış etmişlər. Sonra məktəblilərin ifasında unudulmaz şəhidlərə,onların qəhrəmanlığına həsr edilmiş şerlər səsləndirilmiş, vətənpərvəlik ruhunda mahnılar ifa olunmuşdur.
Yekunda Zəfərimizin əldə edilməsi münasibətilə qurban kəsilmişdir.

 

Keçidlər