Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğından zərər çəkən ailəyə yardım edildi.

17 noyabr 2021 | 11:00

Laçın rayon Fərraş kənd sakini, hazırda Ağcabədi rayon Taxta Körpü ərazisindəki Nurəddin obasında müvəqqəti məskunlaşmış Qasımov Rasim Zülfü oğlunun yaşadığı evdə gecə saatlarında yanğın hadisəsi baş verib. Xoşbəxtlikdən yanğın zamanı ailə üzvləri arasında xəsarət alan olmasa da, evin içərsində olan əşyalar yanaraq sırdan çıxıb.Yanğının hansı səbədən baş verdiyi hələ ki məlum deyil.Hal-hazırda ailə qonşuların evində qalmağa məcbur olduğu bildirib. Buna səbəb isə yanğın zamanı evdən heç bir əşya və geyim çıxara bilməmələri olub. Qasımovlar ailəsi düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün müvafiq qurumlardan köməklik istəyiblər.
Məsələdən xəbərdar olan Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ailəyə yardım göstərilib. Belə ki, noyabrın 17-də 40 ədəd şifer, bundan əlavə, 2 ədəd raskladuşka, 3 ədəd matras, yataq dəstləri, mətbəx əşyaları,papaq,corab kimi geyimlər, yuyucu, o cümlədən dezinfeksiyaedici vasitələr, qadın üçün bağlama və 2 qutu ərzaq yardımı zərərçəkən ailəyə göndərilmişdir.
Ailə göstərilən diqqət və qayğıya görə Ağcabədi rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

 

Keçidlər