İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ödənişsiz müayinə aksiyası təşkil edilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin direktoru həkim-fizioterapevt, reabilitoloq, refleksoterapevt Aynur Əhmədova tərəfindən ödənişsiz dayaq-hərəkət sistemi xəstəliklərinin müayinəsi aksiyası həyata keçirilmişdir.
Aksiya çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən, Avropa İttifaqının maliyyə yardımı, Unicef Azərbaycan , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzindən bəhrələnən 23 imkansız ailənin uşaqları müayinə edilmiş və reabilitasiya proqramına cəlb edilmişdir.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızının bildirdiyinə əsasən bu cür aksiyaların davamlı həyata keçirilməsi nəzərdə tutulur.