Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun Şənlik kəndində körpələr evi-uşaq bağçası üçün inşa edilmiş 40 yerlik yeni bina istifadəyə verilib.

10 noyabr 2021 | 11:00

Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər uşaqları, onların valideynlərini, bağçanın kollektivini təbrik edib, balacalara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar. Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Ağcabədidə bu gün açılışı olan uşaq bağçası bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. Yataq, oyun, məşğələ, yemək, musiqi və digər otaqlar, mətbəx və anbardan ibarət uşaq bağçası istilik sistemi, lazımi avadanlıq və inventarlarla təmin olunub. Uşaq bağçasının həyətdə abadlıq işləri aparılıb, oyun meydançası yaradılıb.

 

Keçidlər