Ağcabədidə Şəhidin xatirəsinə həsr olunmuş mini futbol turniri başa çatıb.
02 noyabr 2021-ci il tarixdə Ağcabədi Pedoqoji Kollecində Şəhid Mustafazədə Ceyhun Şükür oğlunun xatirəsinə həsr olunmuş mini futbol idman növü üzrə turnirin bağlanış mərasimi keçirilmişdir. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Şəhidimizin atası Şükür Mustafazadə turnirin bağlanış mərasimində iştirak etmişdir. Qonaqlar öncə kollecdə Zəfər Gününə həsr olunmuş rəsim sərgisi ilə tanış olmuş daha sonra turnirin final oynunu izləmişdirlər. Turnirdə I, II, III yerləri tutmuş komandalar kubok, diplom və medallarla təltif edilmişdir.
Xatırladaq ki, turnir 19 oktyabr 2021-ci il tarixdən start götürmüşdür. Oyunlar 10-dan çox komandandanın iştirakı ilə Ağcabədi Pedaqoji Kollecinin mini futbol meydançasında baş tutmuşdur.