Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağda “İnklüziv Təhsil Və Uşaq İnkişaf Mərkəzi” fəaliyyətə başladı.

09 oktyabr 2014 | 10:00

GTM Qarabağ ofisinin nəzdində daxili imkanlar hesabına fəaliyyətə başlayan "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"nin açılışı və Qurban bayramı münasibətilə Ağcabədi şəhər Gənclər Mərkəzində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən fiziki məhdudiyyəti olan  uşaq və yeniyetmələr üçün geniş tədbir təşkil edilmişdir.
    "İnklüziv Təhsil və Uşaq İnkişaf  Mərkəzi" məktəbəqədər  təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual,fiziki və psixoloji inkişafında,onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynayır.
    Tədbiri giriş sözu ilə açan  GTM Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı belə bir mərkəzin Ağcabədi şəhəri daxil olmaqla 5 rayonu əhatə edərək Qarabağda ilk və ən böyük mərkəz olduğunu diqqətə çatdırmışdır. O,mərkəzin fəaliyyəti,burda insanlara təqdim edilən xidmərlər barədə məlumat vermişdir.O, bildirmişdir  ki “Bu gün  fiziki məhdudiyyəti olan şəxslərə dövlət qayğısı kifayət qədərdir  və bildirmək istərdim ki, bu qayğının  ən alisini  bizlər Heydər Əliyev Fondunun simasında  görürük.Məhz  mərkəzin iş prinsipinə əsaslanaraq   hər bir fiziki məhdudiyyəti olan şəxsin  sabah  sağlam düşüncəli  şəxs kimi  formalaşmasına nail olacağıq” .
    Sonra Ağcabədi YAP Qadınları Şurasının sədri Naibə Mustafayeva mərkəzi təbrik edərək Qadınlar Şurası adından mərkəzə hədiyyə təqdim etmişdir. Rayon rəsmiləri,YAP Qadınlar Şurası,təhsil işçiləri,mərkəzin əməkdaşları, könüllülər,fiziki məhdud  uşaq,yeniyetmə və valideyinlərin  iştirak etdiyi proqram sonradan  uşaqların  ifasında musiqi və rəqs nömrələri ilə davam  etmişdir. Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan ailələrə hədiyyə və qurban payı təqdim edilmişdir.
    Tədbirdə mərkəzin könüllü əməkdaşları olan Gənclər və İdman İdarəsinin sədr müavini Eldəniz Qəmbərova,Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımovaya,5 saylı tam orta məktəbin direktoru Solmaz Rehimovaya,Salmanbəyli kənd tam orta məktəbin direktoru Gülbikə Qəhrəmanovaya,8 saylı Uşaq baxçasının direktoru Xavər Novruzovaya,Ağcabədinin canlı milli qəhrəmanı Ramil Nağıyevə,GTM Qarabağ ofisinin könüllülərinə, El Televiziya Şirkətinin əməkdaşları Daşqın Abdullayev, Ziya Ismayiloglu və digər qonaqlara göstərdikləri diqqət və qayğı üçün Gənclər üçün Təhsil Mərkəzi adından öz təşəkkürümüzü bildiririk.

 

Keçidlər