Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Kənd Təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunmuşdur.

02 noyabr 2012 | 11:00

01 noyabr 2012-ci il tarixdə saat 10:00 –da Ağcabədi Rayon Icra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm heykəlinin önündə 01 noyabr – Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə tədbir olmuşdur.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov çıxış edərək ilk öncə tədbir iştirakçılarını salamladı. “ 01 Noyabr – Kənd Təsərrüfatı işçilərinin peşə bayramı“ münasibəti ilə kənd təsərrüfatı sahəsində çalışan hər kəsi təbrik etdi və onlara kənd təsərrüfatının müasir tələblərə cavab verən şəkildə inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Əhmədov aqrar sahədə Ulu Öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından danışaraq demişdir ki, ölkəmizdə aparılan aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman diqqət və qayğı göstərilir, kənd təsərrüfatı işçilərinin əməyi yüksək qiymətləndirilir.
Tədbir zamanı əmək fəaliyyətində fərqlənən bir qrup kənd təsərrüfatı işçiləri Rayon İcra Hakimiyyəti Başçısının "Fəxri Fərman"ı ilə mükafatlandırıldı.
Tədbirdə 55 nəfər iştirak etmişdir.
 

Keçidlər