“27 Sentyabr – Anım Günü”nün 5-ci ildönümü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.
Sentyabrın 26-da Ağcabədidə “27 Sentyabr – Anım Günü”nün 5-ci ildönümü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonun idarə müəssisə, təşkilatlarının kollektivlərinin iştirakı ilə baş tutan aksiya Bəhramtəpə-Mingəçevir stansiya-Mingəçevir avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş tutub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və hüquq mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi ağacəkmə aksiyasında 200-dən çox, o cümlədən Eldar şamı, meşə və digər iynəyarpaqlı, həmçinin meyvə ağacları əkilib.
Ağaclar əkildikdən sonra suvarılıb, onlara aqrotexniki qaydada qulluq edilib.
Qeyd edək ki, rayon ərazisində ağackəkmə aksiyalarının sonra da keçirilməsi nəzərdə tutulur.






