Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Ağcabədi rayonunda şəhid ailələri ziyarət olunub

26 sentyabr 2023 | 18:28

Prezident İlham Əliyev tərəfindən respublikanın  bütün bölgələrində şəhid ailələrinə və qazilərə hər zaman  yüksək diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.

“27 Sentyabr – Anım Günü” ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Kəbirli kəndində  şəhid Təhmasib Qarayevin, Yeni Qaradolaq kəndində şəhid Hafiz Həziyevin  və Salmanbəyli kəndində şəhid Samir Mikayıllının evlərini  ziyarət edib.  Ziyarətdə həmçinin rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Kəbirli, Yeni Qaradolaq, Salmanbəyli kənd inzibati ərazi dairələrinin nümayəndələri,  şəhid ailələri  və media işçiləri  iştirak ediblər.

Çay süfrəsi ətrafında keçirilən görüşdə  çıxış edən rayon rəhbəri  30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş  torpaqlarımızın Müzəffər Ali Baş Komandan  və Qəhrəman Ordumuzun şücaəti sayəsində 44 ərzində azad olunduğunu bildirib.  İcra başçısı onu da  vurğulayıb  ki, bu gün bizlər  həmin Vətən oğullarının sayəsində fəxrlə  başımızı dik tutaraq gəzirik. Sonra ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə diqqətindən söz açan Rafil Hüseynov  bu müqəddəs ənənənin davam etdirildiyini  söyləyib. 

Ziyarət zamanı  şəhid ailələri şəhidlərlə  bağlı xatirələrini bölüşüb, ölkə rəhbərinin bu ailələrə  göstərdiyi  dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ziyarət olunan şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən müəyyən ərzaq payları təqdim olunub.

Keçidlər