Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Zəfər günü ilə əlaqədar sərgi təşkil edilib

03 noyabr 2021 | 11:00

8 Noyabr – Zəfər günü ilə əlaqədar olaraq 03 noyabr 2021 – ci il tarixdən Ağcabədi rayon Heydər Əliyev Mərkəzi,Ağcabədi rayon Mərkəzləşmiş Kitabxana Sistemi və Ağcabədi rayon Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə Mərkəzin foyesində “ŞANINA ŞAN QATAN YURDUM” adlı sərgi təşkil edilib.

Sərgidə Ağcabədi rayon Mərkəzləşmiş Kitabxana Sisteminin, Ağcabədi rayon Dövlət Rəsm Qalareyasının eləcə də,Şəhər məktəb şagirdlərinin 44 günlük müharibənin əsas məqamlarını, zəfər tarixini əks etdirən kitab və jurnalları,Şuşa qalası,dəmir yumruq və Vətən Müharibəsinin rəmzinə çevrilmiş xarıbülbül rəsmləri olmaqla ümumilikdə 44 sərgi nümunəsi nümayiş etdirilir.

Sərgi 12 noyabr 2021-ci il tarixədək davam edəcəkdir.Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxslər sərgi ilə tanış ola bilərlər

 

Keçidlər