Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı bədii yazı-inşa müsabiqəsi keçirildi

02 noyabr 2021 | 11:00

01 noyabr 2021-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi 27 sentyabr - 08 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar xüsusi karantin qaydalarına əməl etməklə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının və Ağcabədi Pedoqoji Kollecinin tələbələri arasında mövzunu əhatə edən bədii yazı-inşa müsabiqəsi təşkil etdi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi.

Daha sonra Münsif - M.F.Axundov adına 3 saylı məktəb – liseyin Tarix müəllimi Aynur Hüseyinova qeyd etdi ki, Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.Çıxışının davamında işğaldan azad olunmuş torpaqlarımızın tarixi mədəniyyət abidələri,coğrafiyası haqqında dərin biliyə malik olmağı tələləbələrə tövsiyə etdi.

Sonda Rövşanə Əliyeva müsabiqənin şərtləri haqqında ətraflı məlumat verdi və bütün müsabiqə iştirakçılarına uğurlar arzuladı.

Qeyd edək ki,qaliblərin mükafatlandırma mərasimi 04 noyabr 2021 – ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Keçidlər