Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına onlayn ekskursiyalar davam etdirilir
02 noyabr 2021 – ci il tarixində Ağcabədi Şəhər 6 saylı tam orta məktəbin şagirdləri Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər
Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ulu öndərin Moskva fəaliyyətindən ətraflı məlumat verdikdən sonra şagirdlərin Hərbi Qənimətlər Parkına onlayn ekskursiyasını təşkil edib.Məktəblilər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub. Rövşanə Əliyeva vurğulayıb ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi Qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür.