Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə cüdo idman növü üzrə açıq rayon turniri keçirilmişdir.

01 noyabr 2021 | 11:00

31 oktyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının Ağcabədi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Cüdo idman növü üzrə Ağcabədi rayon açıq turniri keçirilmişdir. Turnirdə Gəncə, Ağcabədi, Bərdə, Tovuz, Laçın, Ağdam şəhər və rayonlarını təmsil edən 76 cüdoçu iştirak etmişdir.

Gərgin və maraqlı keçən açıq rayon turnirində cüdoçular müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır. Turnirin yekununda I,II və III yerləri tutmuş idmançılara diplomlar təqdim edilmişdir.

Keçidlər