Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda "Peşəkar həyat və Karyera” mövzusunda təlim-seminar keçirilmişdir.

29 oktyabr 2021 | 11:00

Ağcabədi  rayonunda Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayevin "Peşəkar həyat və Karyera” mövzusunda şəxsi inkişaf və karyera yönümlu təlim-seminarı keçirilmişdir.

     Tədbiri giriş sözü ilə GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova açaraq bu gün Region gənclərinin inkişaf perspektivləri, problemləri və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs etmişdir.

   Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialının, Ağcabədi Pedaqoji Kollecinin tələbələrinin, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllülərinin iştirakı ilə təşkil edilən təlimdə  Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib.  

Təlimçi qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərlərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bönövrəsini tələbəlik dövründə qoymalı və inkişaf ali təhsilin bitməsi ilə durmamalı, daimi olmalıdır.

Təlimçi uğurlu karyera mövzusunda iştirakçıları düşündürən sualları da cavablandırıb.

Keçidlər