Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına onlayn ekskursiyalar davam etdirilir

29 oktyabr 2021 | 11:00

29 oktyabr 2021 – ci il tarixində Xocavənd rayon Muğanlı kənd 1saylı tam orta məktəbin şagirdləri Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ulu öndərin Ağcabədiyə səfərlərindən ətraflı məlumat verdikdən sonra şagirdlərin Hərbi Qənimətlər Parkına onlayn ekskursiyasını təşkil edib.Məktəblilər ekskursiya çərçivəsində Vətən müharibəsi zamanı qənimət götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa ediblər.Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər