Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Zəfər yolumuz” başlığı altında videokonfrans keçirilmişdir

28 oktyabr 2021 | 11:00

28 oktyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında təbliğ edilməsinə həsr olunmuş “Zəfər yolumuz” başlığı altında videokonfrans keçirilmişdir.

Videokonfransı Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov açaraq vurğuladı ki, 44 günlük müharibədə müzəffər ordumuz tərəfindən qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələrə malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi.

Cavid Bünyadov qeyd etdi ki, dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı.

Daha sonra Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin müəllimi Zeynəb Azadova, şəhər 9 saylı tam orta məktəbin müəllimi Vüsalə Əliyeva, M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin müəllimi Təranə Səfərova çıxış edərək bildirdilər ki, Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycanın qələbəsi ilə nəticələndi. Bütün bu günlər ərzində qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər.

Çıxış edən natiqlər xüsusi olaraq vurğuladı ki, bütün dünyanı bürüyən pandemiya vəziyyəti demək olar ki, çox yerlərdə həyatı dondurmasına baxmayaraq, bütün bunlar Vətən sevgimizə, ruh yüksəkliyimizə, əzmimizə təsir etmədi. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik, möhtəşəm Qələbə qazandıq.

Keçidlər