Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olund

27 oktyabr 2021 | 11:00

27 oktyabr 2021-ci il tarixində Karantin qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar GİKM – in Ağcabədi nümayəndəliyinin könüllülərinin iştirakı ilə “ Aşıq Ələsgər – 200 ” mövzusunda tədbir keçirilib.

İlk öncə, Şəhidlərimizin və ustad sənətkar Aşıq Ələsgərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva qonaqları salamlayaraq qeyd edib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin qüdrətli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Rövşanə Əliyeva çıxışının davamında bildirib ki, Ümummilli lider Heydər Əliyev Aşıq Ələsgər irsinə böyük sayğı ilə yanaşmış, aşığın 150 illik yubileyi məhz Ulu Öndərin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilmiş, doğma Göyçə mahalında büstü ucaldılmışdır.XIX əsr , XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni həyat başlanıb. Şeirlərində bəşəri ideyaları, humanizmi, ülvi hissləri, vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən görkəmli söz ustadının saz və söz sənətinin inkişafına müstəsna təsir göstərib. Tədbir çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin gənc könüllülərinin ifasında Aşıq Ələsgərin qoşmalarından ibarət kompozisiya təqdim edilib.

Keçidlər