Ağcabədi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi ilə bağlı tədbir keçirilmişdir.
03 oktyabr 2014-cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin həyətində hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən
qorumaq üçün döyüşmək və bu uğurda canını sevə -sevə vermək müqəddəs
bir vəzifədir. Rayon rəhbəri qeyd etmişdir ki, ağcabədililər hər ay Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ödəməklə, rayonunun adını birinci etməklə göstərirlər ki, bizlər Ali Baş Komandanın bütün əmrlərinə müntəzər hazırıq. Mən inanıram ki, Ali Baş Komandanın apardığı düzgün siyasət nəticəsində erməni cəlladlarından torpaqlarımızı azad edib, qələbə səadətini tezliklə yaşayacayıq, şəhidlərimizin qanını yerdən qoymayacayıq.
Rayon rəhbəri bir daha bütün hərbi xidmətə yollanan gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədilər, onlara uzun ömür, can sağlığı arzuladılar və qeyd etdilər ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində işğal altında olan 20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə yeni qələbələr əlavə edəcəyik.
Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin konsert proqramı ilə davam etmişdir.
Yolasalma mərasimində 500 nəfər iştirak etmişdir.