Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

26 oktyabr 2021 | 11:00

Qaraxanlı kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Ceyhun Məmmədovun doğulduğu kənddə xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksinin açılış mərasimi keçirilib. Mərasim şəhidin doğum gününə təsadüf edib.

Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon Şöbəsinin məsul işçiləri, yerli icra və bələdiyyə nümayəndələri, kənd sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, din xadimləri, müəllim və şagirdlər, media mənsubları iştirak etmişlər.

Açılış mərasimində çıxış edənlər şəhid Ceyhun Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan ətraflı danışmış onun haqqında xartirələrini bölüşmüşlər.

Sonra iştirakçılar tərəfindən xatirə bulaq kompleksinin qarşısına tər gül-çiçək dəstələri düzülmüş və onun ruhuna dualar oxunmuşdur.

Sonda mərasim iştirakçıları xatirə şəkilləri çəkilmşlər.

Keçidlər