Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib.

26 oktyabr 2021 | 11:00

Bu günlərdə Vətən Müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyev və Yuxarı Qıyamaddınlı kəndində Sahil Məmmədovun il mərasimləri keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin məsul işçiləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, Kəbirli və Hacıbədəlli, şəhidlərin yaxınları, ziyalılar, din xadimləri, media mənsubları iştirak ediblər.

Mərasim iştirakçıları Təhmasib Qarayevin Kəbirli kəndində, Dəyanət Əliyev və Sahil Məmmədovun Ağcabədi şəhər Qəhrəmanlar Parkında məzarlarını ziyarət ediblər. İştirakçılar şəhidlərin keçdikləri şərəfli döyüş yolundan söhbət açmış, onların igidliklərindən qürur duyduqlarını bildirmiş, valideynlərinə səbr diləyiblər. Şəhidlərin məzarları üzərinə tər-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Yas mərasimlərində şəhidlərin ili ilə əlaqədar ehsan verilib.

Keçidlər