Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək bal toplayan tələbələrlə görüş keçirilmişdir.

23 oktyabr 2021 | 11:00

Oktyabrın 23-də Ağcabədi rayonunda 2020-2021-ci tədris ilində yüksək bal toplayaraq müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə rayon icra hakimiyyəti başçısısının onlayn görüşü keçirilmişdir.


Tədbiri giriş sözü ilə açan rayon rəhbəri Rafil Hüseynov iştirakçıları salamlamış, yüksək bal toplayan tələbələri təbrik edərək, onların üzərində əməyi olan müəllim və valideynlərə xoş arzularını bildirmişdir.
Natiq təhsil sahəsinə göstərilən dövlət qağısından danışmış, eyni zamanda rayonda yeni tikilən, əsaslı təmir olunan, yüksək standartlar və müasir texnologiyalarla təhciz edilən məktəblər haqqında tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra Ağcabədi Rayon Təhsil Şöbəsi Metokabinetinin müdiri Əli Əhmədov, Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbin direktoru Ağabala Sarıyev, valideyn Aidəgül Cəfərova, C. İbrahimov adına şəhər 8 saylı məktəbin riyaziyyat müəllimi Kəmalə Nəbiyeva, tələbə adını qazananlar – şəhər 12 saylı tam orta məktəbin məzunu, Prezident təqaüdçüsü Fatimə Əhmədzadə, F. Kərimov adına Biləğan kənd tam orta məktəbin məzunu Əjdər Məmmədov, M. F. Axundov adına şəhər 3 saylı məktəb-liseyin məzunu Mahnur Hacıyeva çıxış edərək bu sevinci yaşayan məzunları təbrik edib, onlara yeni başladıqları tələbə həyatında nailiyyətlər arzulayıblar.

Keçidlər