Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə futbol idman növü üzrə rayon turniri keçirilmişdir.

21 oktyabr 2021 | 11:00

19-20 oktyabr 2021-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində futbol idman növü üzrə məktəblilər arasında rayon turniri keçirilmişdir.

Turnirin açılış mərasimində Ağcabədi Rayon Gənclər və İdaman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev çıxış edərək iştirak edən komandalara uğurlar arzu etmişdir.

Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan futbol turnirində 11 komanda iştirak etmişdir.

Turnirin yekun nəticələrinə əsasən M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə, Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası isə III yerə laiq görülmüşdür. I,II,III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər