Şriftin ölçüsü :

Saytın rəngi :

Xatirə bulaq kompleksinin açılışı olmuşdur

19 oktyabr 2021 | 11:00

Ağcabədi şəhərində şəhid Həziyev Xəyalın doğulduğu evin yaxınlığında xatirə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi çağırış üzrə dövlət Xidməti Ağcabədi rayon şöbəsinin nümayəndəsi, ziyalılar, müəllimlər, şəhidin yaxınları və mətbuat işçiləri iştirak ediblər.

            Xatirə bulaq kompeksinin üzərində Vətən müharibəsinin qəhrəmanı şəhid Xəyal Həziyevin mərmər üzərində həkk olunmuş şəkli öz əksini tapıb. Sözügedən bulaq kompleksinə içməli su xətti çəkilmiş, ətrafı abadlaşdırılmışdır.

            Açılış mərasimində əllərində Azərbaycan bayrağı və şəhidlərin şəkilləri olan şəhər 4 saylı tam orta məktəbinin şagirdləri Vətən, torpaq və şəhidlər haqqında şeirlər səsləndirmişlər. Tədbir iştirakçıları tərəfindən bulaq kompleksinin ətrafına əklillər qoyulmuş, üzərinə tər-çiçək dəstələri düzülmüşdür. Şəhidin keçdiyi qısa və şərəfli döyüş yolundan söhbət açılmış, ruhuna dualar oxunmuşdur.

Keçidlər