Müqəddəs Qurban Bayramı Ağcabədi rayonunda geniş qeyd olunmuşdur.
04 oktyabr 2014-cü il tarixdə saat 10:30 –da Ağcabədi şəhəri M. Aranlı adına 11 saylı tam orta məktəbin həyətində Müqəddəs Qurban bayramı münasibəti ilə tədbir olmuşdur .
Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar iştirak etmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov ilk öncə hər kəsi islam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı münasitəti ilə təbrik etmiş və bildirmişdir ki, Ulu Tanrı hər kəsin qurbanını, dualarını, niyyətlərini qəbul etsin. Rayon rəhbəri qeyd etdi ki, bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanların ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Qurban bayramı orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır. Natiq bir daha hər kəsi təbrik etdi və bu bayramın ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu və xeyirli olmasını dilədi.
Daha sonra qurbanlıq üçün alınmış heyvanların kəsimi başladı. Rayonda yaşayan şəhid və imkansız ailələrə, hərbi hissədəki əsgərlərə, qaçqın və məcburi köçkünlər üçün tikilmiş 556 mənzildə məskunlaşan ailələrə və digər ehtiyacı olan hər bir insana qurbanlıq paylar verilmiş, bu əziz gündə onlarda bu bayram sevincini ürəkdən yaşamışlar.