Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

18 oktyabr 2021 | 11:00

18 oktyabr 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva bildirdi ki, Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Dəyirmi masada Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda geniş çıxış etdi.

Daha sonra Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyin direktoru Fuad Əliyev çıxış edərək qeyd etdi ki, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

Tədbirlərdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi xüsusi olaraq vurğulayıblar.

Sonda dəyirmi masa iştirakçıları arasında mövzu ətrafında maraqlı fikir mübadilələri aparıldı fikirlər dinlənildi.

Keçidlər