18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdi
16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom platforması üzərindən “Müstəqilliyin Bərpası – 30” adlı videokonfrans keçirildi.Ağdam rayon mədəniyyət işçilərinin iştirak etdiyi videokonfransı giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tarixən xalqımızın başına gətirilmiş müsibətlədən,cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin çox çətin şəraitdə yaradılmasından, fəaliyyətindən ətraflı məlumat verərək bildirmişdir ki,1991 –ci ilin 18 Oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konsititusiya Aktının qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Lakin bildiyimiz kimi azadlığı qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Bu çətin missiyanı üzərinə götürən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ilk öncə Ermənistanla Atəşkəs sazişi imzalandı,bununla da günahsız tökülən qanların qarışısı alındı,Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək üçün dünyanın aparıcı neft şirkətləri ilə Əsrin müqaviləsi adlı neft sazişi imzalandı,bütün sahələrdə canlanma müşahidə olundu. Daha sonra çıxış edən Ağdam rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elçin Cəfərov,Ağdam rayon mədəniyyət nümayəndələri Fikrət Əliyev,Aynurə Cəfərova,Zənurə Mirzəyeva qeyd etmişlər ki,Azərbaycan heç bir uğurunu,tarixi zəfərini asan əldə etməmişdir.Hər bir azərbaycanlının ən müqəddəs arzusu vətəni bütöv,azad və müstəqil görmək idi.27 sentyabr 2020-ci il tarixində isə biz xalq olaraq dünyaya birdaha sübut etdik ki,vaxtilə qazandığımız müstəqilliyimiz ,suverənliyimiz əbədidir,sarsılmazdır,dönməzdir.