Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “ Beynəlxalq Ahıllar Günü “ keçirilmişdir.

01 oktyabr 2014 | 10:00

01 oktyabr 2014- cü il  tarixdə saat 12:00 – da Ağcabədi rayonu Şəhidlər Xiyabanı və “Mahir” Şadlıq sarayında  “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə tədbir keçirilmişdir.
    İlk öncə tədbir iştirakçıları Rayon Şəhidlər Xiyabanını ziyarət edərək, vətənin müdafiəsi uğrunda şəhid olmuş mərd oğullarımızın məzarını ziyarət edərək, onların məzarlarına tər qərənfillər düzərək əziz xatirələrini yad etmişlər.
     Daha sonra bayram tədbiri “Mahir” Şadlıq sarayında  davam etdirilmişdir. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov  bildirdi ki, bu gün dünyada “Beynəlxalq Ahıllar Günü”  kimi qeyd olunur. Məhz ilk dəfə BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış və məhz  22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalaması bu diqqətin bariz nümunəsidir. Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.Bununla yanaşı, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir.
   Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov  bir daha tədbir iştirakçılarının bayramını təbrik etdi və bildirdi ki, istər dövlətimiz , istərsə də rayon rəhbərliyi hər zaman ahıllara qarşı diqqət və qayğısını əsirgəmir və onların problemlərini həll etmək üçün həyata keçirdikləri tədbirlərlə həm maddi, həm də mənəvi dəstəkləri ilə
yardımcı olurlar.
   Yekunda  çıxış edənlər onlara göstərilən diqqət və qayğı üçün ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıq etmişlər və hər zaman onun düzgün,məqsədyönlü siyasətini dəstəklədiklərini bildirmişlər.
    Bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirildi.
   Tədbirdə 100  nəfər iştirak etmişdir.

Keçidlər